• Bakı 16° C

    1.05 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

“Corc himayəmdən çıxıb”

MƏDƏNİYYƏT

12 Iyul 2022 | 15:12

“Corc himayəmdən çıxıb”

Müğənni Roza Zərgərli övladlığa götürdüyü aktyor Corc Qafarov və qardaşı Jerara dövlət tərəfindən mənzil verilməsi haqda yayılan qalmaqala aydınlıq gətirib.

Bakıvaxtı.az Axşam.az-a istinadən xəbər verir ki, Roza onları rəsmi övladlığa götürməsə də, himayədar olduğunu bildirib:

"Mən 24 yaşlarına kimi onların sağlamlığına, qəza törətmiş olsalar, pis əməl etsələr, ona cavabdehəm. Bəzi qanuni məsələləri bilməyənlər nə gəldi yazıb, insanlarda fikir formalaşdırırlar. Adamı yaxşılıqdan iyrəndirirlər. Qızımın 29 yaşı var. Corc və qızım himayəmdən çıxıb. Jerar isə 23 yşındadır, gələn il o da çıxacaq. Yenidən övlad götürmək istəyirdim, amma artıq istəmirəm. Övladlıq sözünü özümə yaraşdırmıram. Hər zaman deyirəm ki, bioloji ana deyiləm. Analıq sözünü götürə bilmirəm. Himayədar olsam da, onlar mənim övladımdır. Onları yaxın bilməsəydim, başına sığal çəkib yanımda saxlamazdım".

Qeyd edək ki, Corc Qafarov və qardaşı Jerara uşaq evində böyüdükləri üçün Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən mənzil verilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026