• Bakı 23° C

    2.67 m/s

Çində yarasalarda potensial təhlükəli viruslar aşkarlandı

DÜNYA

26 Iyun 2025 | 17:25 | Müəllif: Gülşən Şərif

Çində yarasalarda potensial təhlükəli viruslar aşkarlandı

Cənubi Çinin Yunnan əyalətində yaşayan yarasaların orqanizmində daha əvvəl məlum olmayan virus aşkar edilib.

Bakıvaxtı.az xəbər verir ki, viruslardan ikisinin Hendra və Nipah xəstəliklərinin törədicilərinə bənzədiyi müəyyən edilib. Bu patogenlər yarasalarla insanların təması nəticəsində yeni zoonoz infeksiyaların yayılmasına səbəb ola bilər.

Yarasaların yaydığı virusları, bakteriyaları, göbələkləri və digər patogenləri müəyyən etmək məqsədilə böyrək toxumalarından nümunələr götürülüb, xarici mənşəli DNT ayrılaraq onun genetik strukturu oxunub. Analiz nəticəsində məlum olub ki, Cənubi Çin yarasalarının orqanizmində 12 fərqli ailəyə aid 22 virus, eləcə də bir neçə növ bakteriya və ibtidai orqanizm mövcuddur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Oktyabr 2026