• Bakı 18° C

    3.79 m/s

  • USD - 1.7

    EUR - 1.9069

    RUB - 2.0032

Çində dəhşət: Maşını kütlənin üzərinə sürdü: 35 ölü, 43 yaralı

DÜNYA

13 Noyabr 2024 | 00:09 | Müəllif: Subhan Mahmudov

Çində dəhşət: Maşını kütlənin üzərinə sürdü: 35 ölü, 43 yaralı

Çinin cənubundakı Çjuhay şəhərində bir nəfər yolsuzluq avtomobilini idman mərkəzinin yaxınlığında idman edən insanların böyük bir qrupunun üzərinə sürüb.

Bakıvaxtı.az yerli mediaya istinadən xəbər verir ki, hadisə zamanı 35 nəfər ölüb, 43 nəfər isə xəsarət alıb.

Çjuhay şəhəri və Quanqdonq əyalətindən yüzlərlə xilasedici təcili yardım göstərmək üçün hadisə yerinə göndərilib.

Hadisəni törədən Fan adlı şəxs qaçmağa cəhd etdikdən sonra hadisə yerində polis tərəfindən saxlanılıb. O, bıçaqla özünə boynundan ağır xəsarətlər yetirib.

Polis bildirib ki, ilkin araşdırmalar nəticəsində hadisəyə Fanın boşanmasından narazı olması səbəb olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Oktyabr 2026