Çin Milli Neft Korporasiyasının (CNPC) mütəxəssisləri Daçin neft və qaz yatağında (Xeyluçzyan əyalətinin şimal-şərqində) şist neft ehtiyatları aşkar ediblər.
Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, xammalın geoloji ehtiyatlarının həcmi 1,27 milyard tondur.
"Proqnozlaşdırılan geoloji ehtiyatlar 1.268 milyard tondur. Bu, Çinin şist neftinin kəşfiyyatı və işlənməsində böyük bir irəliləyişdir ",-məlumatda deyilir.
Çindəki ehtiyatlarına görə ən böyük Daçin neft və qaz yatağı 1959 -cu ildə kəşf edilb. Onun neft ehtiyatları təxminən 5,7 milyard tondur.
Tərcümə şöbəsi
Bakıvaxtı.az
















