• Bakı 18° C

    3.02 m/s

  • USD - 1.7

    EUR - 1.9069

    RUB - 2.0032

Bakıda qəza: Avtobus bulvara girdi - FOTOLAR -VİDEO - YENİLƏNİB

HADİSƏ

21 Oktyabr 2025 | 11:59 | Müəllif: Əli Hüseynov

Bakıda qəza: Avtobus bulvara girdi - FOTOLAR -VİDEO - YENİLƏNİB

Bu gün saat 10:51 radələrində Neftçilər prospekti istiqamətində, Bulvar ərazisi yaxınlığında “BakuBus” MMC-yə məxsus 125 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkətdə olan 99-JU-809 dövlət qeydiyyat nişanlı avtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq "BakuBus"dan məlumat verilib.

Bildirilib ki, avtobusun sürücüsünün səhhətində qəfil narahatlıq yaranıb və o, nəqliyyat vasitəsini dayandırmağa cəhd etsə də, idarəetməni itirərək avtobusu Bulvar ərazisinə tərəf yönəldib.

Qeyd olunub ki, hadisə nəticəsində sərnişinlər arasında xəsarət alan olmayıb.

Sürücüyə ilkin tibbi yardım göstərilməsi üçün dərhal Təcili Tibbi Yardım Xidməti çağırılıb.

Mina Mikayılova

***

11:23

Bakıda avtobus qəzası olub.

Bakıvaxtı.az-ın əldə etdiyi məluata görə, hadisə Neftçilər prospektində qeydə alınıb.

Belə ki, "BakuBus" şirkətinə məxsus 99-JU-809 dövlət nömrə nişanlı 125 saylı marşrut avtobusu idarəetməni itirərək bulvar ərazisinə girib. Hadisə zamanı yol kənarındakı işıq dirəyi və bir neçə ağac aşıb.

Qəza zamanı avtobusdakı sərnişinlərdən xəsarət alan olmayıb.

Əli Hüseynov

 


Bakıda qəza: Avtobus bulvara girdi - FOTOLAR -VİDEO - YENİLƏNİB
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Oktyabr 2026