• Bakı 29° C

    1.17 m/s

  • USD - 1.7

    EUR - 1.9436

    RUB - 2.1726

Buffon İtaliya millisinə qayıtmaqdan imtina etdi

İDMAN

24 Iyul 2026 | 20:13

Buffon İtaliya millisinə qayıtmaqdan imtina etdi

İtaliya millisinin sabiq qapıçısı və nümayəndə heyətinin rəhbəri Canluici Buffon yığmaya qayıtmaq təklifini qəbul etməyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.

Bildirilib ki, İtaliya Futbol Federasiyasının yeni texniki direktoru Paolo Maldini Buffonla əlaqə saxlayaraq ona millidə əvvəlkindən daha fəal vəzifə təklif edib. Sabiq qapıçı təklifi dinləsə də, sonda imtina qərarı verib.

Qeyd edək ki, Buffon daha əvvəl də İtaliya millisinin strukturunda çalışıb. O, yığmanı Cennaro Qattuzo ilə birlikdə, komanda DÇ-2026-ya vəsiqə qazana bilmədikdən sonra tərk etmişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR