• Bakı 12° C

    6.04 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Bu yolda hərəkət qismən məhdudlaşdırılır

CƏMİYYƏT

07 Iyul 2021 | 11:08

Bu yolda hərəkət qismən məhdudlaşdırılır

7 iyul tarixindən etibarən, Nərimanov rayonu ərazisində, Heydər Əliyev prospektinin Bağırov körpüsünün altından keçən əsas hissəsində əks istiqamətli nəqliyyat axınlarını ayıran bardürün inşa olunması ilə əlaqədar olaraq hər iki istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

AAYDA-dan Bakıvaxtı.az-a daxil olan məlumata görə, məhdudlaşma 12 iyul tarixinədək qüvvədə olacaq.

Sürücülərdən sözügedən hissədə təmir-tikinti işlərinin aparıldığı müddət ərzində hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarının və yol hərəkəti qaydalarının tələblərinə riayət etmələri xahiş olunur.

Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026