• Bakı 16° C

    1.05 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Bu şirkət adını dəyişəcək

İQTİSADİYYAT

20 Dekabr 2021 | 21:18 | Müəllif: Qalib İbrahimoğlu

Bu şirkət adını dəyişəcək

İngiltərə-Niderland neft-qaz korporasiyası “Royal Dutch Shell”in Direktorlar Şurası restrukturizasiya üzrə fəaliyyətini davam etdirir.

Bakıvaxtı.az “Report”a istinadən xəbər verir ki, 2022-ci il yanvarın 24-dən korporasiyanın adının “Shell”ə qısaldılmasına qərar verilib. Bu qərar şirkətin Niderlanddakı mərkəzi inzibati aparatı ilə “Shell”in Avropa İstehsalat Şurası arasında məsləhətləşmələrin başa çatmasından, eləcə də dekabrın 10-da Direktorlar Şurasında səsvermədən sonra qəbul edilib. Korporasiya 70-dən çox ölkədə karbohidrogenlərin hasilatı və emalı ilə məşğuldur.

Noyabr ayında Direktorlar Şurası şirkətin səhmdar kapitalının strukturunun sadələşdirilməsi və digər şirkətlərə uyğunlaşdırılması üçün onun nizamnaməsinə dəyişikliklər edilməsini təklif edib. Şirkətin restrukturizasiya tədbirlərinə A və B kateqoriyalı səhmlərin strukturundan vahid səhm xəttinə keçid, vergi rezidentliyinin Böyük Britaniyaya dəyişdirilməsi daxildir. Səhmdarlar mövcud hüquqi, mülkiyyət və kapital bölgüsü hüquqlarını saxlayacaqlar. Şirkətin səhmləri Amsterdam, London və Nyu Yorkda satışa çıxarılmağa davam edəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026