• Bakı 19° C

    2.49 m/s

  • USD - 1.7

    EUR - 1.9069

    RUB - 2.0032

Bu ölkədə quş qripi epidemiyası qeydə alındı

DÜNYA

13 Sentyabr 2024 | 23:11 | Müəllif: Subhan Mahmudov

Bu ölkədə quş qripi epidemiyası qeydə alındı

Çexiyanın mərkəzindəki Prşibram şəhəri yaxınlığındakı Martiniçe kəndində quş qripi epidemiyası qeydə alınıb.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə " IrozhlasCо" portalı respublikanın kənd təsərrüfatı naziri Marek Vıbornıya istinadən xəbər yayıb.

Qeyd edilir ki, Martiniçedəki quşçuluq fermasında toyuqlarda və ev qazlarında quş qripi aşkarlanıb. Baytarlar quşları orada kəsmək qərarına gəliblər. Söhbət 700 ev qazından və 300 toyuqdan gedir.

Hakimiyyət orqanları quş qripinin yayılmasının qarşısını almaq üçün tədbirlər görür. Bu arada, mütəxəssislərin fikrincə, onun insanlara keçmə riski çox aşağı qiymətləndirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Oktyabr 2026