• Bakı 21° C

    7.32 m/s

Bu ölkədə 100 yaşdan yuxarı insanların sayı 100 mini keçib

DÜNYA

15 Sentyabr 2026 | 14:32 | Müəllif: Gülşən Şərif

Bu ölkədə 100 yaşdan yuxarı insanların sayı 100 mini keçib

Yaponiyada "bir əsri keçənlər"in sayı ölkə tarixində ilk dəfə olaraq 100 000-i keçib.

Bakıvaxtı.az "Yonhap"a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə, Əmək və Rifah Nazirliyi məlumat yayıb.

Məlumata görə, son 56 ildir 100 yaşdan yuxarı əhalinin sayı artmaqdadır. Sentyabr ayı etibarilə ölkədə 100 yaşdan yuxarı insanların sayı 107 677 olaraq qeydə alınıb. Ötən illə müqayisədə bu rəqəm 7914 nəfər artıb. 

Qeyd olunub ki, 100 yaşdan yuxarı olanların 94298-i qadın, 13379-u isə kişidir.

Qeydə alınan ən yaşlı qadın 114 yaşlı Kişimoto Fuyo, ən yaşlı kişi isə 112 yaşlı Kato Hikaru olub.

Onu da bildirək ki, Yaponiyada qadınlar üçün orta ömür uzunluğu 87,3 il, kişilər üçün isə 81,3 ildir.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Oktyabr 2026