• Bakı 22° C

    4.24 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Brüsseldə Aİ liderlərinin ənənəvi görüşü başlayır

DÜNYA

26 Iyun 2025 | 13:22 | Müəllif: Əli Hüseynov

Brüsseldə Aİ liderlərinin ənənəvi görüşü başlayır

Bu gün Brüsseldə Avropa İttifaqı (Aİ) Şurasının görüşü öz işinə başlayır.

Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, Aİ ölkələri liderlərinin ikigunlük görüşünə Şuranın sədri Antonio Koşta sədrlik edəcək.

Dövlət və hökumət başçıları geoiqtisadi çağırışları, Ukrayna və Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklər. Gündəlikdə həmçinin Avropa İttifaqının müdafiəsi və təhlükəsizliyi, rəqabətədavamlılıq, miqrasiya, Moldovanın üzvlüyü, Qərbi Balkanlardakı vəziyyət, eləcə də daxili təhlükəsizlik və hibrid təhdidlərə qarşı mübarizə məsələləri yer alır.

"Biz ümumi ambisiyalarımızı (rəqabətədavamlı, təhlükəsiz və muxtar Avropanın qurulması, həmçinin Avropa İttifaqının səmərəli, proqnozlaşdırıla bilən və etibarlı qlobal oyunçuya çevrilməsini təmin etmək) irəlilətmək üçün birgə qərarlar tələb edən bir sıra məsələləri müzakirə edəcəyik", - A.Koşta dünən dərc edilmiş məktubunda bildirib.

Bundan əlavə, bugünkü sammitdə Rusiyaya qarşı 18-ci sanksiya paketinin qəbul edilməsi planlaşdırılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Oktyabr 2026