• Bakı 20° C

    1.39 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Boşanmaq istəyən qadının əri özünü yandırıb

HADİSƏ

08 Iyun 2021 | 14:44

Boşanmaq istəyən qadının əri özünü yandırıb

Ötən gün Tərtər rayonunun Bəyimsarov kənd sakini, 59 yaşlı N.Qasımov 54 yaşlı həyat yoldaşının boşanmaq üçün məhkəməyə müraciət etməsinə etiraz əlaməti olaraq Rayon İcra Hakimiyyətinin qarşısında özünü benzinlə yandırmağa cəhd edib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən xəbərə görə, cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınıb. İntihara cəhdin qarşısı alınarkən polis əməkdaşları əl nahiyələrindən yüngül yanıq xəsarəti alıblar.

Xəstəxanaya yerləşdirilən N.Qasımovun vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026