• Bakı 28° C

    7.16 m/s

  • USD - 1.7

    EUR - 1.9564

    RUB - 2.1335

Birinci "Mərkəzi Asiya-Azərbaycan" sammiti Türkmənistanda keçiriləcək

CƏMİYYƏT

31 Iyul 2026 | 13:26

Birinci Mərkəzi Asiya-Azərbaycan sammiti Türkmənistanda keçiriləcək

"Mərkəzi Asiya – Azərbaycan" formatında birinci sammit oktyabrın 8-də Türkmənistanda keçiriləcək.

Bakıvaxtı.az-ın verdiyi məlumata görə, bunu Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan və Mərkəzi Asiya ölkələrinin dövlət başçılarının qeyri-rəsmi görüşündə bildirib.

Onun sözlərinə görə, birinci sammitin gündəliyinin layihəsi artıq hazırlanıb və formatın bütün iştirakçı dövlətlərinə göndərilib.

Berdiməhəmmədov qeyd edib ki, layihəyə əməkdaşlığın beş əsas istiqaməti daxil edilib.

"Biz beş əsas istiqaməti əhatə edən gündəlik layihəsini hazırlayaraq iştirakçı dövlətlərə göndərmişik. Bunlar sülh, sabitlik və təhlükəsizliklə bağlı aktual regional və beynəlxalq məsələlər üzrə fikir mübadiləsinin aparılması, Mərkəzi Asiya ölkələri və Azərbaycanın siyasi-diplomatik qarşılıqlı fəaliyyətinin möhkəmləndirilməsi, energetika və dayanıqlı nəqliyyat-logistika dəhlizləri sahəsində əməkdaşlığın inkişafı, ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyinə uyğunlaşma, su ehtiyatlarından səmərəli istifadə üzrə birgə tədbirlər, Aral dənizinin bərpası üzrə səylərin əlaqələndirilməsi, eləcə də mədəni, təhsil və elmi əlaqələrin inkişafı, tələbə və gənclər mübadiləsinin genişləndirilməsidir", - Berdiməhəmmədov qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

01 Avqust 2026
31 Iyul 2026