• Bakı 19° C

    1.68 m/s

  • USD - 1.7

    EUR - 1.9048

    RUB - 1.9883

Bir meymuna görə bütün ölkə işıqsız qaldı

DÜNYA

10 Fevral 2025 | 10:51

Bir meymuna görə bütün ölkə işıqsız qaldı

Şri-Lankada meymunun elekrik yarımstansiyasına daxil olması səbəbindən bütün ölkə işıqsız qalıb. 

Bakıvaxtı.az “The Economic Times”a istinadən xəbər verir ki, hadisə ölkənin Kolombo adlı bölgəsində qeydə alınıb.

Şri-Lankanın energetika naziri Kumara Jayakody bildirib ki, meymun şəbəkə tranformatoruna zərər vurub. Nəticədə ölkənin xəstəxana və müəssisələri fəaliyyətini generatorlarla davam etdirməli olub. 

Hadisədən üç saat sonra ölkənin bəzi hissələrində elektrik enerjisinin verilişini bərpa etmək mümkün olub. Hazırda digər bölgələr üzrə işlər davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Oktyabr 2026