Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə AQTA-dan məlumat verilib.
Qeyd olunub ki, araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.
***
13:01
Bakının Xəzər rayonun Binə qəsəbəsində bir ailənin 6 üzvü kolbasadan zəhərlənib.
Bakıvaxtı.az xəbər verir ki,TƏBİB-dən bildirilib ki, bu gün saat 10:04 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə qida zəhərlənməsi səbəbilə çağırış daxil olub.
Qeyd olunub ki, hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub və 6 nəfər müvafiq tibb müəssisəsinə hospitalizasiya olunub: "Onlardan 3 nəfər böyük (2-si qadın cinsli, 1-i kişi cinsli olmaqla) Sabunçu Tibb Mərkəzinə, digər 3 uşaq isə Mərkəzin nəzdində fəaliyyət göstərən Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına yerləşdirilib. Hazırda onlara zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir, vəziyyətləri stabildir".
Qeyd edək ki, Qafqazinfo verib.
















