Beyləqanda su kanalında batan uşağın kimliyi məlum olub.
Bakıvaxtı.az xəbər verir ki, su kanalında batan uşağın 2015-ci il təvəllüdlü, Yeni Mil Qəsəbə sakini İbrahimov Əhməd Cahid oğlu olduğu bildirilir.
FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub. Axtarışlar davam etdirilir.
***
15:16
Beyləqanda uşaq kanalda batıb.
Bu barədə Bakıvaxtı.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Baş Mil kanalının Beyləqan rayonu, Yeni Mil qəsəbəsindən keçən hissəsində 1 nəfərin (uşaq) batması barədə məlumat daxil olub:
"Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar".






jpg-1726652027.webp)









