• Bakı 13° C

    1.79 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Bəxtiyar Hacıyev və atasının evində axtarış aparıldı

CƏMİYYƏT

06 Iyun 2023 | 11:43

Bəxtiyar Hacıyev və atasının evində axtarış aparıldı

Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin Bakı şəhərində yaşadığı evdə, həmçinin Gəncədə yaxınlarının mənzilində axtarış aparılıb.

Bakıvaxtı.az xəbər verir ki, məsələ ilə bağlı DİN-in Mətbuat xidmətinin əməkdaşı, polis leytenantı İbrahim Əmiraslanlı bildirib ki, Bəxtiyar Hacıyevin yaşadığı evdə axtarış aparılması cinayət işi üzrə istintaq hərəkətləri çərçivəsindədir və saxlanılan yoxdur.

Qeyd edək ki, vəkil Elçin Sadıqov bildirib ki, axtarışlar B.Hacıyevin Gəncə şəhərində olan atasının, qardaşının, onun dostlarının evində və avtomobilində də aparılıb: “Hazırda axtarış götürmə istintaq hərəkətləri aparılır, hətta telefonları da əllərindən alınıb”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026