• Bakı 13° C

    8.33 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Bərdə və Ağdaşda yanğın oldu

HADİSƏ

04 Iyul 2023 | 17:51

Bərdə və Ağdaşda yanğın oldu

Bərdə rayonunun Zümürxan kəndində ümumi sahəsi 120 m² olan talvarın taxta atmaları və altına yığılan 50 ton ot bağlamasının 7 tonu yanıb.

Fövqəladə Hallar Nazirliyindən Bakıvaxtı.az-a bildirilib ki, ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Ağdaş rayonunun Yuxarı Ləki kəndində ümumi sahəsi 144 m² olan kürsülü birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026