Meksikada bələdiyyə sədrliyinə namizədə süi-qəsd olub.
Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, Quanaxuato əyalətinin Selaya şəhərinin bələdiyyə sədrliyinə namizəd Gisela Qaytan sui-qəsd nəticəsində dünyasını dəyişib.
Bələdiyyə sədrliyinə namizəd Qaytan seçki kampaniyası zamanı silahla hücuma məruz qalıb.
Hücumda Gisela Qaytan həyatını itirib, 3 nəfər yaralanıb.
Hakimiyyət partiyası Milli Yeniləşmə Hərəkatının (MORENA) namizədi olan Qaytanın ölümünü hakimiyyət sui-qəsd kimi qiymətləndirib.
Meksika prezidenti Andres Manuel Lopez Obrador sözügedən hücumların çox kədərli olduğunu və bu siyasətçilərin demokratiyanı müdafiə etmək üçün mübarizə apardıqlarını bildirib.
Murad Məmmədli







jpg-1714728244.webp)








