• Bakı 25° C

    5.99 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

Bayram günləri yol qəzalarında 5 nəfər ölüb

CƏMİYYƏT

22 Mart 2021 | 13:48

Bayram günləri yol qəzalarında 5 nəfər ölüb

Respublikanın daxili işlər orqanları tərəfindən 2 gün ərzində törədilmiş 38 cinayətin üstü “isti izlər”lə açılıb.

DİN-in Mətbuat Xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 18 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 28 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 7 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 65 nəfər saxlanılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR