• Bakı 24° C

    1.36 m/s

  • USD - 1.7

    EUR - 1.9264

    RUB - 2.0261

Bakının mərkəzindəki kafedə yanğın söndürüldü - YENİLƏNİB - VİDEO

HADİSƏ

20 Aprel 2023 | 14:43

Bakının mərkəzindəki kafedə yanğın söndürüldü - YENİLƏNİB - VİDEO

Bakı şəhəri, Səbail rayonu, Mərdanov qardaşları küçəsində yerləşən ikimərtəbəli, mansarda tipli binanın 1-ci mərtəbəsində ümumi sahəsi 40 m² olan restoranın yanar konstruksiyaları 26 m² sahədə və bitişik ümumi sahəsi 13 m² olan mağazanın tavanı 9 m² sahədə yanıb.

FHN-dən Bakıvaxtı.az-a verilən məlumata görə, restoranın və mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

11:10

Bakı şəhəri, Səbail rayonu, Mərdanov qardaşları küçəsində restoranda baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

***

10:59

Bakı şəhəri, Səbail rayonu, Mərdanov qardaşları küçəsində restoranda baş vermiş yanğın məhdudlaşdırılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

Əlavə məlumat veriləcək.

***

10:46

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonu, Mərdanov Qardaşları küçəsində restoranda yanğın olması barədə ilkin məlumat daxil olub.

Bu barədə Bakıvaxtı.az-a FHN-dən məlumat verilib.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam edir.

Əlavə məlumat veriləcək.

***

Bakının mərkəzində kafe yanır.

Bakıvaxtı.az xəbər verir ki, yanğın Xəqani bağında yerləşən kafedə baş verib.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürənləri cəlb olunub.


Bakının mərkəzindəki kafedə yanğın söndürüldü - YENİLƏNİB - VİDEOBakının mərkəzindəki kafedə yanğın söndürüldü - YENİLƏNİB - VİDEOBakının mərkəzindəki kafedə yanğın söndürüldü - YENİLƏNİB - VİDEOBakının mərkəzindəki kafedə yanğın söndürüldü - YENİLƏNİB - VİDEOBakının mərkəzindəki kafedə yanğın söndürüldü - YENİLƏNİB - VİDEOBakının mərkəzindəki kafedə yanğın söndürüldü - YENİLƏNİB - VİDEOBakının mərkəzindəki kafedə yanğın söndürüldü - YENİLƏNİB - VİDEO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Sentyabr 2026