Oktyabrın 29-da təmir-quraşdırma işləri ilə əlaqədar Bakının Sabunçu və Nəsimi rayonlarının bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq.
Bu barədə Bakıvaxtı.az-a “Azəriqaz” İstehsalat Birliyindən bildirilib.
Məlumata görə, saat 10:00-dan işlər yekunlaşanadək Sabunçu rayonunun Ramana qəsəbəsinin bəzi ərazilərində və Ümid qəsəbəsində, həmçinin Nəsimi rayonunun N. Yusifbəyli, Novruzov qardaşları, A. Səhhət, Mərdanov qardaşları və M. Sənani küçələrində qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
















