• Bakı 10° C

    10.64 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Bakının bu ərazisində yeni park salınır

GÜNDƏM

11 May 2024 | 12:35

Bakının bu ərazisində yeni park salınır

Bakı şəhərində yeni park salınacaq.

Bakıvaxtı.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, yeni park Yasamal rayonundakı S.Tağızadə, A.Şaiq və N.Aşurbəyova küçələrinin əhatəsində yerləşəcək.

Bu da 2019-cu ildə açılışı olan və paytaxtın simasını gözəlləşdirən Mərkəzi parkın davamı olaraq nəzərdə tutulub.

Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində təsərrüfat hesablı "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" Məhdud Məsuliyyətli Cəmiyyəti artıq yeni park üçün layihə-smeta sənədlərinin hazırlanması işlərinə başlayıb.

Qurum sözügedən parkın layihə-smeta sənədlərinin hazırlanmasının 1 450 000 manata başa gələcəyini ehtimal edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026