• Bakı 14° C

    5.89 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Bakıda yol üstündə dava: Ürəyindən bıçaqlandı - VİDEO

HADİSƏ

26 Aprel 2025 | 00:03 | Müəllif: Subhan Mahmudov

Bakıda yol üstündə dava: Ürəyindən bıçaqlandı - VİDEO

Xəbər verdiyimiz kimi, paytaxtın Xəzər rayonunda qətl hadisəsi baş verib. Hadisə rayonun Binə qəsəbəsində qeydə alınıb.

Bakıvaxtı.az xəbər verir ki, 1973-cü il təvəllüdlü Səlim Əliyevlə taksi sürücüsü, 1978-ci il təvəllüdlü Maksim Əhmədov arasında mübahisə baş verib.

Dava zamanı M.Əhmədov S.Əliyevə ürək nahiyəsindən bıçaqla xəsarət yetirib. Bıçaqlanan şəxs hadisə yerində dünyasını dəyişib.

Şahidlərin sözlərinə görə, sürücülər arasında yol üstündə mübahisə düşüb.

“Bir-birilərinə yol verməyiblər, söyüş söyüblər. Sonra bıçaqlanma hadisəsi baş verib”, – deyə hadisə şahidi bildirib.

Ətraflı Baku TV-nin süjetində:


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

02 Oktyabr 2026