• Bakı 20° C

    1.24 m/s

  • USD - 1.7

    EUR - 1.9264

    RUB - 2.0261

Bakıda qəza tıxac yaratdı - FOTO

HADİSƏ

02 Fevral 2022 | 10:34

Bakıda qəza tıxac yaratdı - FOTO

Bakının Ziya Bünyadov prospektində tıxac yaranıb.

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev Bakıvaxtı.az-a bildirib ki, tıxaca səbəb avtoqəzanın baş verməsidir:

“Poladərtimə zavodunun yaxınlığında yol nəqliyyat hadisəsi baş verib. Bu səbəbdən də nəqliyyat vasitələrinin hərəkətində sıxlıq var".

M. Ağayev deyib ki, ümumiyyətlə Ziya Bünyadov prospektində gün ərzində həm nasaz nəqliyyat vasitələrinin yolda hərəkətsiz qalması, həm də tez-tez baş verən qəzalar səbəbindən davamlı sıxlıqlar olur: "Nəticədə 20 Yanvar-Koroğlu-Q.Qarayev və əks istiqamətdə avtobusların da hərəkət intervalında ciddi ləngimələr yaranır. Ona görə fərdi avtomobil sürücüləri ilk olaraq yola çıxarkən avtomobilin saz vəziyyətdə olmasından əmin olmalıdır".

BNA sözçüsü bildirib ki, yol hərəkəti qaydalarına, xüsusən də zolaqlar üzrə nizamlı hərəkətə riayət etmək lazımdır: "Bir nəfərin diqqətsizliyi nəticədə yüzlərlə insanın əziyyət çəkməsinə səbəb olur”.

Nuranə Daxilqızı


Bakıda qəza tıxac yaratdı - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Sentyabr 2026