Bakının Səbail rayonunda bıçaqlanma hadisəsi baş verib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə Badamdar qəsəbəsində qeydə alınıb.
1992-ci il təvəllüdlü Ələkbərov Aslan Əfsər oğluna naməlum şəraitdə qarın nahiyəsindən səkkiz bıçaq zərbəsi vurulub.
Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.(apa)
















