• Bakı 20° C

    5.96 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

Göldə boğularaq ölən yeniyetmə idmançı imiş

HADİSƏ

14 Iyun 2021 | 14:29

Göldə boğularaq ölən yeniyetmə idmançı imiş

Bakı şəhərinin Yasamal rayonu ərazisində yerləşən süni göldə boğularaq ölən yeniyetmə Elşən Novruzovun idmançı olduğu bəlli olub.

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan Badminton Federasiyası yeniyetmənin ölümü ilə bağlı baş sağlığı yayıb.

“Yeniyetmə badmintonçumuz Elşən Novruzov İmdad oğlu dünyasını dəyişib. Azərbaycan Badminton Federasiyası idmançımızın vaxtsız vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir. 
Allah rəhmət eləsin”, - deyə Federasiyasın məlumatında bildirilir.

Qeyd edək ki, 2006-cı il təvəllüdlü Novruzov Elşən İmdad oğlunun meyiti 13 iyun tarixində tapılaraq aidiyyəti üzrə təhvil verilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Sentyabr 2026