• Bakı 17° C

    0.92 m/s

  • USD - 1.7

    EUR - 1.9264

    RUB - 2.0261

Bakıda əşyalarını eyvandan küçəyə atan qadın müəyyən edilib

HADİSƏ

11 Mart 2024 | 15:49

Bakıda əşyalarını eyvandan küçəyə atan qadın müəyyən edilib

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə bir nəfərin Bakı şəhərinin Nərimanov rayonu, Azadlıq prospekti 116 ünvanında yerləşən doqquzmərtəbəli binanın eyvanından ətrafa əşyalar atması barədə məlumat daxil olub.

FHN-dən Bakıvaxtı.az-a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb edilib.

    Xilasedicilər tərəfindən əməliyyat şəraitinə uyğun olaraq binanın ətrafında təhlükəsizlik tədbirləri görüldükdən sonra, müvafiq vasitələrin köməyi ilə mənzilin qapısı açılmış və ev əşyalarını ətrafa ataraq təhlükə yaradan vətəndaş, 1983-cü il təvəllüdlü Bədirova Nazilə Tahir qızı hadisə yerində olan aidiyyəti qurumların əməkdaşlarına təhvil verilib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR