• Bakı 16° C

    1.26 m/s

  • USD - 1.7

    EUR - 1.9312

    RUB - 2.0118

Bakıda binada PARTLAYIŞ: Xəsarət alan var - VİDEO

HADİSƏ

30 Dekabr 2022 | 17:36 | Müəllif: Qalib İbrahimoğlu

Bakıda binada PARTLAYIŞ: Xəsarət alan var - VİDEO

Bu gün günorta saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində yerləşən çoxmərtəbəli binada partlayış baş verməsi barədə məlumat daxil olub.

Bakıvaxtı.az xəbər verir ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən doqquzmərtəbəli yaşayış binasının doqquzuncu mərtəbəsində yerləşən vətəndaşa məxsus ümumi sahəsi 70kv.m olan üçotaqlı mənzildə, ilkin ehtimala görə, məişət qazının sızması nəticəsində yanğınla müşahidə olunmayan partlayışın baş verdiyi müəyyən edilib. Partlayış dalğasının zərbəsindən otaqların pəncərə çərçivələri yerindən çıxıb, mənzilə ziyan dəyib, həmçinin 2 qonşu mənzilin giriş qapıları çərçivəsindən çıxıb. Hadisə nəticəsində bir nəfər xəsarət alıb.

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Faktla bağlı araşdırma aparılır.


Bakıda binada PARTLAYIŞ: Xəsarət alan var - VİDEOBakıda binada PARTLAYIŞ: Xəsarət alan var - VİDEOBakıda binada PARTLAYIŞ: Xəsarət alan var - VİDEOBakıda binada PARTLAYIŞ: Xəsarət alan var - VİDEOBakıda binada PARTLAYIŞ: Xəsarət alan var - VİDEO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Sentyabr 2026