• Bakı 19° C

    1.27 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Bakıda avtomobil ana və qızını vurdu

HADİSƏ

02 Iyun 2021 | 23:55

Bakıda avtomobil ana və qızını vurdu

Bakıda piyadaların xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az-ın məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb.

“Gənclik” metrostansiyasının yaxınlığında avtomobil yolu keçən 1992-ci il təvəllüdlü Mahmudova İlkanə Şıxnəsib qızını və onun qızı, 2012-ci təvəllüdlü Mahmudova Aysun Burhan qızını vurub. Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

İ.Mahmudovaya sol dizin sınığı, A.Mahmudovaya isə sol budun sınığı diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır(report)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR