• Bakı 19° C

    1.27 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Bir yaşlı oğlunu boğaraq öldürən ata ilə bağlı cinayət işi başladıldı - RƏSMİ

HADİSƏ

31 May 2021 | 12:16

Bir yaşlı oğlunu boğaraq öldürən ata ilə bağlı cinayət işi başladıldı - RƏSMİ

Mayın 30-da 2020-ci il təvəllüdlü Əliyev Ruzi Vüsal oğlunun yaşadığı evdə ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Binəqədi rayon prokurorluğundan Bakıvaxtı.az-a verilən məlumata görə, faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin olunub.

İlkin istintaqla cinayətin zərərçəkmişin atası Əliyev Vüsal Həsən oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Vüsal Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

***

Bakının Binəqədi rayonunda dəhşətli qətl hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, 28 yaşlı Vüsal Əliyev 1 yaşlı oğlu R.-i boğaraq qətlə yetirib. Vüsal Əliyev tutulub.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.(report)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR