• Bakı 20° C

    5.14 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Bakıda anbar və sexdə yanğın olub

HADİSƏ

23 Yanvar 2025 | 19:18 | Müəllif: Subhan Mahmudov

Bakıda anbar və sexdə yanğın olub

Bakı şəhərinin Xətai rayonunda yanğın olub.

Bakıvaxtı.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 220 m² olan bir dam altında tikilən birmərtəbəli tikilinin (anbar, sex və transformator otağı) sahəsi 110 m² gigiyenik məhsulların süzülməsi sexində 2 ədəd aparat və aparatlara quraşdırılan, həcmi 400 litr və 200 litr çənlərdə olan tibbi spirt yanıb.

Yüksək temperaturdan 2 ədəd aparatın üzlük hissəsi, sexin lambirdən ibarət tavanı 100 m² sahədə və 1 ədəd kondisioner əriyib. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Oktyabr 2026