• Bakı 20° C

    2.65 m/s

Bakı və Moskva arasında kritik müzakirə

SİYASƏT

09 Aprel 2026 | 00:04 | Müəllif: Subhan Mahmudov

Bakı və Moskva arasında kritik müzakirə

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinlə Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev arasında görüş olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Qaluzinlə səfir qarşıdan gələn hökumətlərarası təmaslar fonunda ticari-iqtisadi və mədəni-humanitar sahələrdə ikitərəfli əməkdaşlıq perspektivlərini müzakirə ediblər:

"Hərtərəfli Rusiya-Azərbaycan əlaqələrinin və müttəfiqlik fəaliyyətinin daha da möhkəmləndirilməsi, eləcə də Cənubi Qafqaz və Xəzər regionunda təhlükəsizliyin təmin edilməsi və əməkdaşlığın inkişafı məqsədilə səmərəli birgə fəaliyyətin davam etdirilməsinə dair qarşılıqlı marağın olduğu qeyd olunub".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR