• Bakı 24° C

    4.65 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

Bakı sakinindən “Makarov” tipli tapança götürülüb

CƏMİYYƏT

12 Mart 2021 | 21:24

Bakı sakinindən “Makarov” tipli tapança götürülüb

Abşeron Rayon Polis İdarəsinin Mehdiabad Polis bölməsi əməkdaşlarının Məmmədli kəndi ərazisində keçirdikləri əməliyyat axtarış tədbirləri zamanı Bakı şəhər sakini, 65 yaşlı Cənnət Məcidov saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, onun üzərindən bir ədəd “Makarov” tipli tapança aşkar edilərək maddi sübut kimi götürülüb.

O, tapançanı 200 manata tanımadığı şəxsdən aldığını və Məmmədli kəndində satmaq istədiyini bildirib.

Qeyd edək ki, Cənnət Məcidov 7 dəfə məhkumluq həyatı yaşayıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR