• Bakı 20° C

    0.95 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Bakı metrosunda tüstülənmə - Sərnişinlər düşürüldü

CƏMİYYƏT

06 Dekabr 2025 | 00:00 | Müəllif: Subhan Mahmudov

Bakı metrosunda tüstülənmə - Sərnişinlər düşürüldü

Bakı metropoliteninin “28 May” stansiyasında qatarların hərəkətində fasilə yaranıb.

Bakıvaxtı.az Oxu.az-a istinadən xəbər verir ki, sərnişinlərin verdiyi məlumata görə, buna səbəb stansiyada hərəkət etmək istəyən qatarda tüstülənmənin baş verməsi olub.

Edilən anonsun ardından sərnişinlər vaqonlardan düşürülüblər.

Bildirilir ki, tüstülənmə yeni nəsil qatarda baş verib.

“Bakı Metropoliteni” QSC-dən məlumat verilib ki, saat 22:58-də qatarın idarəetmə panelində texniki nasazlıq qeydə alınıb:

“28 May” stansiyasında sərnişinlər düşürülüb və qatar “Nizami” stansiyasından texniki baxış üçün “Nərimanov” elektrik deposuna göndərilib”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Oktyabr 2026