Bakı metrosunda qatarların hərəkətində yubanma müşahidə edilir.
Bakıvaxtı.az "Bakı Metropoliteni" QSC-yə istinadən xəbər verir ki, "Dərnəgül" stansiyasından hərəkət edən qatarın maşinist monitorunda qapıların bağlanmaması üzrə işə sistemi işə düşüb.
Bildirilib ki, maşinist vaqon qapısını yoxladaqdan sonra idarəetmə sistemini yanlışlıq göstərdiyi üçün əlavə texniki baxış keçirilməsi zərurəti yaranıb.
Məlumatda xətdə hərəkətin təşkilinə maneə yaratmamaq məqsədilə həmin qatar digər qatarların hərəkət etmədiyi stansiya yoluna keçirildiyi qeyd edilib.
Ümumən intervaldan əlavə 4 dəqiqə yubanma yaranıb.
















