• Bakı 22° C

    5.24 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

Bakı Limanında 5,5 milyon tondan çox yük aşırılıb

CƏMİYYƏT

17 Sentyabr 2026 | 18:44 | Müəllif: Subhan Mahmudov

Bakı Limanında 5,5 milyon tondan çox yük aşırılıb

Bu ilin yanvar-avqust aylarında “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Bakı Limanında 5,5 milyon tondan çox yük aşırılıb.

ADY-dən Bakıvaxtı.az-a bildirilib ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə təqribən 3 faiz çoxdur.

Analoji dövrdə 85 min TEU-dan çox konteyner aşırılıb ki, bu da ötən ilin 8 ayının göstəricisini (69 855 TEU) 22 faiz üstələyib.

2026-cı ilin avqust ayında isə bu göstərici 12,9 min TEU (ötən ilin avqustu ilə müqayisədə 39 faiz çox) təşkil edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR