• Bakı 17° C

    4.53 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

"Atan, anan ölsə, yetim qalsan, necə yaşayarsan?" - Bakı Avropa Liseyində BİABIRÇILIQ

CƏMİYYƏT

21 Sentyabr 2021 | 11:21

"Atan, anan ölsə, yetim qalsan, necə yaşayarsan?" - Bakı Avropa Liseyində BİABIRÇILIQ

Son günlər sosial mediada ən çox müzakirə olunan məsələlərdən biri də Bakı Avropa Liseyinin 5 yaşlı uşaqlara verdiyi imtahan suallarıdır. Belə ki, valideynlər liseyin uşaqları imtahandan kəsmək üçün bu sualları saldığını düşünür. Ciddi məsələlərdən biri də odur ki, verilən suallar 5 yaşlı uşağın psixologiyasına heç də uyğun deyil.

Bakıvaxtı.az xəbər verir ki, Bakı Avropa Liseyinin beş yaşlı uşaqlara saldığı imtahan sualları sosial mediada geniş müzakirələrə səbəb olub. Sualları təqdim edirik:

"Atan, anan ölsə, yetim qalsan necə yaşayarsan?"

"Atanın 2 ayağı olmasa, 4 əli olsa, necə istifadə etməlidir?"

"Başının arxasında 2 gözün olsa, necə istifadə edərsən?"

Mövzu ilə bağlı Bakı Avropa Liseyinə sorğu göndərilib.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026