• Bakı 20° C

    2.24 m/s

  • USD - 1.7

    EUR - 1.9067

    RUB - 2.0148

Bağça müdiri yol hərəkəti qaydalarını heçə saydı - VİDEO

CƏMİYYƏT

17 Aprel 2026 | 08:52 | Müəllif: Əli Hüseynov

Bağça müdiri yol hərəkəti qaydalarını heçə saydı - VİDEO

Abşeronda qadın sürücü yol hərəkəti qaydalarını heçə sayıb.

Bakıvaxtı.az xəbər verir ki, avtomobili idarə edən xanım sözügedən qayda pozuntusunun videosunu öz sosial hesabında paylaşıb.

 

Bildirilir ki, görüntünü paylaşan İlahə Xudu qızı adlı şəxs özəl bağçalardan birinin müdiri və inkişaf mərkəzinin rəhbəridir.

Kadrlarda azyaşlı uşağın avtomobilin ön oturacağında əyləşdiyi görünür. Qanunvericiliyə görə, bu yaşda uşaqların ön oturacaqda oturmasına icazə verilmir.

Eyni zamanda, qadın sürücü təhlükəsizlik kəmərindən istifadə etməyib və hər iki əlini sükandan çəkib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR