Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən obyektdə baş vermiş yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə tam söndürülüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
18:49
Xəbər verildiyi kimi, Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən obyektdə yanğın baş verib və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.
Bakıvaxtı.az xəbər verir ki, yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılıb.
Hazırda yanğının tam söndürülməsi istiqamətimdə tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.
17:42
Bakıda Babək prospektində yanğın başlayıb.
Bakıvaxtı.az xəbər verir, yanğın Nizami rayonu ərazisində yerləşən obyektlərdən birində baş Yanğın səbəbindən Fəhlə küçəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub.
Polis əməkdaşları tərəfindən ərazidə təhlükəsizlik tədbirləri görülür.














jpg-1732354461.webp)



