• Bakı 19° C

    1.75 m/s

  • USD - 1.7

    EUR - 1.9312

    RUB - 2.0118

Azərbaycanlı iş adamı yol qəzasında ÖLDÜ

HADİSƏ

08 May 2022 | 11:05

Azərbaycanlı iş adamı yol qəzasında ÖLDÜ

Afrikada qızıl çıxarılması ilə məşğul olan "Arifoglu Gold" şirkətinin rəhbəri Məmmədpaşa Axundov yol qəzasında vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Qafqazinfo"ya onun yaxınları məlumat verib. Bildirilib ki, bir müddətdir Mavritaniya və Mali Respublikalarında mədənçilik və xeyriyyə işləri ilə məşğul olan iş adamı avtomobil qəzası səbəbindən həyatını itirib.

Qeyd edək ki, M.Axundov Afrika ölkələrində xəstəxana və məktəblərin tikintisi, içməli su quyularının qazılması kimi xeyriyyə işləri ilə məşğul olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Sentyabr 2026