• Bakı 20° C

    5.14 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Azərbaycanın strateji valyuta ehtiyatları 83,5 milyard dollara çatıb

SİYASƏT

09 Dekabr 2025 | 11:44 | Müəllif: Əli Hüseynov

Azərbaycanın strateji valyuta ehtiyatları 83,5 milyard dollara çatıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın strateji valyuta ehtiyatları 12,5 milyard ABŞ dolları, yəni 17,6% artaraq 83,5 milyard ABŞ dollarına yüksəlib.

Bakıvaxtı.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən plenar iclasında, gələn ilin büdcə zərfinin III oxunuşda müzakirəsi zamanı bildirib.

Baş nazir vurğulayıb ki, bu məbləğ milli valyuta ilə 142 milyard manat təşkil edir və 2025-ci ildə proqnozlaşdırılan ümumi daxili məhsuldan (130 milyard manat) 8 milyard manat çoxdur. O əlavə edib ki, hazırda Azərbaycanın valyuta ehtiyatları xarici borcundan 17 dəfə yüksəkdir.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Oktyabr 2026