• Bakı 16° C

    2.64 m/s

Azərbaycanda vəzifəli şəxsin oğlu hoteldə öldü

HADİSƏ

13 Oktyabr 2025 | 17:12 | Müəllif: Gülşən Şərif

Azərbaycanda vəzifəli şəxsin oğlu hoteldə öldü

Mingəçevir şəhərində 49 yaşlı kişi hoteldə ölüb.

Bakıvaxtı.az oxu.az-a istinadən xəbər verir ki, hadisə Mingəçevir Şəhər Avtovağzalının mehmanxanasında baş verib.

Şəhər sakini, 1976-cı il təvəllüdlü Coşqun Rəhimov mehmanxanada istirahət edərkən qəfil halı pisləşib. O, hadisə yerində dünyasını dəyişib.

İlkin ehtimala görə, C.Rəhimov ürək çatışmazlığından ölüb.

Xatırladaq ki, C.Rəhimov Mingəçevir "Avtovağzal" MMC-nin rəhbəri Tofiq Rəhimovun oğludur.

Faktla bağlı araşdırma aparılır. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Oktyabr 2026