• Bakı 16° C

    0.5 m/s

  • USD - 1.7

    EUR - 1.9095

    RUB - 1.9963

Azərbaycanda uşaq alçadan zəhərlənib öldü - YENİLƏNİB

HADİSƏ

19 Aprel 2023 | 15:54

Azərbaycanda uşaq alçadan zəhərlənib öldü - YENİLƏNİB

Mingəçevir şəhər sakini, 2013-cü il təvəllüdlü qızın ölməsi faktı ilə bağlı Mingəçevir Şəhər Prokurorluğunda araşdırma aparılır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə  Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

 

15:35

Mingəçevirdə 10 yaşlı qız uşağı alçadan zəhərlənərək ölüb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Bahar küçəsində yerləşən fərdi təsərrüfatlardan birində baş verib.

2013-cü il təvəllüdlü Lalə Quluzadə həyətlərində yetişən alçadan zəhərlənib. Onun həyatını xilas etmək mümkün olmayıb.

İlkin məlumata görə, qızın atası bütün təsərrüfatı zərərvericilərdən qorumaq üçün dərmanlayıbmış, qız isə bilmədən birbaşa ağacdan dərdiyi alçaları yeyib.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Oktyabr 2026