ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2021-ci ilin iyun müqaviləsinin dəyəri 1,09% artaraq 1 barelə görə 66,11 dollar təşkil edib.
Bakıvaxtı.az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin iyununda ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 1,16% artaraq 62,14 dollar təşkil edib.
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,36 dollar, yaxud 0,6 % artaraq 65,43 dollar təşkil edib.














jpeg-1621575604.webp)

