• Bakı 15° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Azərbaycan məhsulları Çində sərgidə nümayiş etdirilir

İQTİSADİYYAT

24 Avqust 2021 | 17:56

Azərbaycan məhsulları Çində sərgidə nümayiş etdirilir

Avqustun 25-də Çin Xalq Respublikasının Urumçi şəhərində Çin-Avrasiya Sərgisi öz işinə başlayıb.

İqtisadiyyat Nazirliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, koronavirus pandemiyası ilə əlaqədar olaraq, bu il onlayn formatda keçirilən sərgidə Azərbaycan “fəxri qonaq” statusunda iştirak edir.

Tədbirdə ölkənin Çindəki ticarət nümayəndəsinin Aparatının təşkilatçılığı ilə vahid ölkə stendində 25 Azərbaycan şirkəti 200-dən çox çeşiddə məhsulla təmsil olunur. Sərgidə qida və kənd təsərrüfatı məhsulları ilə yanaşı, xalçalar da nümayiş edilir, ölkənin biznes və investisiya mühiti, tranzit-nəqliyyat potensialı və turizm imkanları təqdim olunur.

Sərgi avqustun 29-dək davam edəcək. Tədbir çərçivəsində onlayn forum və ikitərəfli görüşlər keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026