• Bakı 22° C

    6.49 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Azərbaycan Kubokunun finalçıları müəyyənləşdi - VİDEO

İDMAN

29 Aprel 2021 | 23:42

Azərbaycan Kubokunun finalçıları müəyyənləşdi - VİDEO

Futbol üzrə Azərbaycan Kubokunun finalçıları müəyyənləşib.

Bakıvaxtı.az xəbər verir ki, “Keşlə” və “Sumqayıt” ikinci dəfə Azərbaycan Kubokunun finalında üz-üzə gələcək.

“Sumqayıt” Premyer Liqanın lideri “Qarabağ”la cavab matçında da qolsuz heç-heçə edib. Penaltilər seriyasında 5:4 qalib gələn “Sumqayıt” finala vəsiqə qazanıb.

Günün ikinci cütünün taleyi isə daha çox oyunun əsas vaxtının sonlarındakı hadisələrdən sonra müəyyənləşib. Baş hakim Elçin Məsiyev 87-ci dəqiqədə “Zirə”nin qapısına penalti təyin edib.

Baş məşqçi Rəşad Sadıqov sərt etiraza görə qırmızı vərəqə alıb. “Keşlə”nin futbolçusu Sezar Mezar Kolli əvvəlcə hesabı 2:1 edib, matçın əlavə vaxta uzanmasına səbəb olub. Paraqvaylı futbolçu 92-ci dəqiqədə daha bir qol vurub. “Zirə”nin təsəlli qolu isə işə yaramayıb. Beləliklə, “Keşlə” “Zirə”ni 3:2 məğlub edərək finala vəsiqə qazanıb.

Səbuhi Musayev

Qeyd edək ki, "Sumqayıt" - "Keşlə" finalı mayın 24-də keçiriləcək.(oxu.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Sentyabr 2026