• Bakı 21° C

    2.79 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Azərbaycan atleti Avropa ikincisi oldu

İDMAN

07 Mart 2021 | 17:54

Azərbaycan atleti Avropa ikincisi oldu

Azərbaycan atleti Aleksis Kopello Polşanın Torun şəhərində keçirilən Qış Avropa çempionatında gümüş medal qazanıb.

Bakıvaxtı.az xəbər verir ki, təmsilçimiz üçtəkanla tullanma yarışında 17,04 metrlik nəticə göstərib. Bununla da o, mövsüm ərzində özünün ən yaxşı nəticəsinə imza atıb.

Bu yarışda qızıl medala Portuqaliyanı təmsil edən kubalı Pedro Pablo Piçardo nail olub. O, 17,30 metrlik göstərici ilə bütün rəqiblərini qabaqlayıb. Almaniyalı Maks Heb isə 17,01 metr nəticə ilə bürünc medala layiq görülüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026