• Bakı 18° C

    2 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Avtomobil yolda uzanan kişinin üstündən keçdi

HADİSƏ

08 Oktyabr 2025 | 09:27 | Müəllif: Əli Hüseynov

Avtomobil yolda uzanan kişinin üstündən keçdi

Göyçay rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Bakıvaxtı.az xəbər verir ki, rayon sakini Ağakərim Ağayev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə Göyçay şəhəri Natavan küçəsində yolun sağ hissəsində uzanıqlı vəziyyətdə olan kişini vurub. Ağır xəsarətlər alan şəxs hadisə yerində ölüb.

İlkin araşdırmalarla ölən şəxsin 41 yaşlı Taleh Əliağa oğlu Əliyev olması müəyyənləşib.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR