İrlandiyalı müğənni, Avroviziya musiqi müsabiqəsinin 1993-cü ildəki qalibi Niv Kavana həyat yoldaşının ağır insult keçirməsindən sonra supermarketdə işləməyə başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, Avroviziya qalibinin əri 2018-ci ildə insult keçirib.
Ailəsini saxlamaq üçün müğənni 17 yaşlı oğlu ilə supermarketdə çalışmağa başlayıb:
“Mən və kiçik oğlum eyni işi aldıq. Ona görə ki, biz eyni gündə “Tesco” supermarketində işə qəbul olunmuşduq. Çox əyləncəli idi”.
















